10 May 2016 14:06
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Ağstafa rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Mürşüdov tutulub.

Samir Mürşüdov aprelin 22-də Ağstafa rayon sakini Mahirə Əhmədovanın evindən 25000 ABŞ dolları və 3000 manat pul, habelə 30000 manat dəyərində qızıl əşyalar oğurlayıb.

Hacı Zeynalov


Müəllif: