Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Xaliq İsmayılov naməlum şəraitdə bıçaqlanıb. O, qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında əməliyyat olunan Xaliq İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.
Xaliq İsmayılovun vəziyyətinin ağır olduğu üçün dindirmək mümkün olmayıb. Bu səbəbdən onun kimin tərəfindən və hansı səbəbdən bıçaqladığı məlum deyil.
Hazırda polis əməkdaşları Xaliq İsmayılovu bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov