Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən İran İslam Respublikasının vətəndaşı Hüseyn Sərdarpur Sərxaranın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Hüseyn Sərdarpur Sərxaran 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hüseyn Sərdarpur Sərxaran Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, göndərmə) maddəsinə əsasən ittiham olunub.
Hacı Zeynalov