14 May 2016 13:32
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun X.Şuşinski küçəsi, ev 70 ünvanında qeydə alınıb.

1962-ci il təvəllüdlü Səyyarə Əliyevanın evindən 270 manat, 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq hadisəsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə müraciət edən Səyyarə Əliyeva bildirib ki, oğrular evə açar seçmə yolu ilə giriblər.

Hazırda polis əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görürlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər