Bakının Binəqədi rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2 ünvanında baş verib.
Bakı şəhər sakini, 30 yaşlı Aslan Mütəllimov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaqa ilkin ifadəsində Aslan Mütəllimov özü-özünü bıçaqladığını deyib. Onun ifadəsi polis tərəfindən yoxlanılır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov