Bakının Xətai rayonu ərazisində bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Əlizadə Qasımov münaqişə zəminində Azər Quliyevi bıçaqlayıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əlizadə Qasımov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov