Bakı şəhər sakininin qanunsuz fəaliyyət göstərən un məmulatı sexi aşkar olunub.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən mayın 30-da M.Əliyev küçəsindəki evlərdən birinin zirzəmisində Bakı şəhər sakini Yusif Bəkirova məxsus qanunsuz fəaliyyət göstərən un məmulatı sexi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov