19 İyul 2016 11:49
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova “Peşəkar aktrisa” diplomu ilə təltif olunub.

Aktrisa Teleqraf.com-a açıqlamasında bildirib ki, mükafat Milli Mətbuat Günü ərəfəsində ona həm “Qaynana” serialında yaratdığı Sədaqət roluna, həm də jurnalistlərin dostu olduğuna görə “Qafqaz-Media” İctimai Birliyi tərəfindən verilib: “Qafqaz-Media” İctimai Birliyi məni bu dəfə də mükafatlandırdı. Daha öncə iki dəfə mən bu birliyin mükafatı ilə təltif olunmuşam. Onda mükafatı “Bir ailəm var” serialında yaratdığım obraza görə “İlin ən yaxşı dramatik obrazı” nominasiyası üzrə almışdım.

Diqqətinə görə birliyin sədri Azadə xanıma təşəkkür edirəm. Bir də mənə bu uğurları gətirən Xəzər TV-nin bütün kollektivinə minnətdaram”.

Nərmin


Müəllif: