18 Avqust 2017 12:31
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet estradasının tanınmış ismi, "Qız taksofonda ağlayır" hitinin ifaçısı Yevgeni Osin itkin düşüb.

Teleqraf.com-un mk.ru-ya istinadən xəbərinə görə, bu haqda müğənninin bacısı polisə bildirib.

Osinin bacısı onun avqustun 15-də Demyan Bednı küçəsindəki evdən çıxdığını bildirib. Həmin vaxtdan müğənnidən xəbər-ətər yoxdur. 52 yaşlı müğənninin alkoqol aludəçisi olduğu və bu səbəbdən səhhətində ciddi problemlər yarandığı bildirlir. Belə ki, onun ayaqları faktiki olaraq, tutulub. Hətta qonşuları 80-ci illərin kumirini xilas etmək üçün teleproqramlardan birinə müraciət ediblər.


Müəllif: Nahid