13 Sentyabr 15:31
443

Teleaparıcı Fərqanə Gülağaqızının təqdimatında Dünya TV-nin efirində yer alan “Bu bizik” proqramının növbəti bölümü yayımlanıb. Proqramın qonağı Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının solisti Sabir Əliyev olub.

Teleqraf.com xəbər verir ki, proqramda səsi olmayıb baha qiymətə toylara dəvət olunan müğənnilərdən, yerli televiziyalarda yayımlanan proqramların keyfiyyətindən və bir çox başqa məsələlərdən danışılıb. Sabir bəy özünün gənc ifaçılara dəstək olmasından və hər dəvət aldığı yerə getməməsindən xüsusilə danışıb.

Sabir bəy ilk dəfə bu proqramda aktyor olduğunu etiraf edib. Onun əsl sənətinin nə olduğunu bundan öncə heç kimin bilmədiyini açıqlayıb.

Verilişdə sənətkarın ifalarına da yer verilib.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Könül