15 Sentyabr 2017 16:12
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Brilyant Dadaşovanın 52 yaşı tamam olur.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə onu bir çox tanınmışlar sosial şəbəkədə təbrik edərək, ürək sözlərini yazırlar.

Ən maraqlı təbriklərdən biri rejissor Nail Naiboğludan gəlib. O, xalq artistinin keçmişi ilə bağlı maraqlı açıqlama verib:

“1997-ci il idi. İlk dəfə onunla həmsöhbət oldum. Yazıya da "Brilyant oğlunu oxlov ilə döyür" başlığını vermişdim. Bütün Bakı bu müsahibədən danışırdı zamanında... İllər keçdi. Hər şey dəyişdi. Dəyişməyən isə bizim bir-birimizə olan səmimiyyət və hörmətimiz oldu. Doğum gününüz mübarək…”


Müəllif: Könül