13 İyul 2016 10:02

“Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya Xəzər regionunun ən sabit və davamlı inkişafını təmin edəcək”.

Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Astanada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxış edən Qazaxıstan XİN rəhbəri Yerlan İdrisov deyib.

Nazir qeyd edib ki, əsas səylər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılmasının başa çatdırılmasına yönəldiləcək: “Bu hüquqi sənəd Xəzərdə qarşılıqlı münasibətlərin gələcək arxitekturasının möhkəm təməlini qoymağa, eləcə də Xəzər regionunun ən sabit və davamlı inkişafını təmin etməyə imkan verəcək”.

Onun sözlərinə görə, bu günkü danışıqların əsas məqsədi konvensiyanın növbəti, beşinci görüşdə imzalanmağa hazır vəziyyətə gətirməkdir: “Astana görüşü çərçivəsində həmçinin Beşinci Xəzər sammitinə hazırlıq, bu toplantının keçirilmə vaxtı və gündəliyi müzakirə olunacaq”.

Samir


Müəllif:
Загрузка...