24 İyun 2014 15:36

Rusiyada Krasnoyarsk şəhər məhkəməsi daşınmaz əmlak alqı-satqısı üzrə agentə öz müştərisi olan gənc xanımı xüsusi amansızlıqla qətlə yetirdiyinə görə hökm çıxarıb.

Teleqraf.com-un newsru.com-a istinadən verdiyi məlumata görə, 23 yaşlı gənc qız avans şəklində verdiyi 1000 rublun qaytarılmasını tələb etdikdən sonra zorlanıb, öldürülüb və yandırılıb.

Bu cinayət Krasnoyarskda böyük rezonans doğurub. Məhkəmənin qərarı ilə cinayəti törədən 25 yaşlı Aleksandr Novikov cəzasını ciddi rejimli islah müəssisəsində çəkməklə ömrünün 15 ilini həbsxana barmaqlıqları arxasında keçirəcək.

İstintaq materiallarından aydın olur ki, Novikov daşınmaz əmlak alqı-satqısı agentliklərindən birinin qeyri-rəsmi əməkdaşı kimi çalışıb. O, müştərilərə kirayə üçün mənzillər seçməklə məşğul olub. Qətlə yetirilən 23 yaşlı Mariya Kotvoyenko da bu şəxsin xidmətlərindən istifadə edib.

2012-ci ilin 10 dekabrında, saat 17:00 radələrində o, İstoriçeskaya küçəsində 111 saylı binada yerləşən ofisə gəlib. Burada Novikov Mariyaya bildirib ki, ona vəd olunmuş mənzil başqasına kirayəyə verilib. Belə olduqda tərəflər arasında mübahisə yaranıb və Mariya Alkesandrdan avans kimi verdiyi 1000 rublu tələb edib. Aleksandr mübahisə zəminində müştərisini zorlayıb və izi itirmək üçün onu öldürərək, yandırıb. O, qurbanının əl çantasından daha 18 min rubl pulu götürüb.

Nail Cəlil


Müəllif: