24 Aprel 2014 11:24
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusu Suriyaya girib. Silahlı Qüvvələrə məxsus hərbi texnikanın Suriya ərazisinə daxil olmasına dair foto şəkil "twitter" sosial şəbəkəsində paylaşılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Quru Qoşunlarının komandiri, ordu generalı Hulusi Akar xəbəri təsdiqləyib. O, bildirib ki, Türkiyə əsgərləri Suriyadakı “Süleyman Şah türbəsi”nə doğru irəliləyir.

Ordu generalı əlavə edib ki, Türkiyə hərbçiləri “Süleyman Şah türbəsi”ndə fövqəladə vəziyyət yarandığı üçün əraziyə göndərilmir. Onun sözlərinə görə hərbçilərin əraziyə göndərilməsi planlı bir fəaliyyətin nəticəsidir.


Müəllif: