16 İyul 2014 18:31

İsrail hökuməti Qəzza zolağının şimalında yaşayan 100 mindən çox fələstinlini evlərini tərk etməyə çağırıb.


Alınan məlumata görə, bu çağırış quru əməliyyatların başlaması ilə əlaqədar edilib.

Bildirilir ki, bir çox fələstinli bu barədə telefon zəngi vasitəsi ilə xəbərdar edilib. Həmçinin havadan “terroçuların dislokasiyası ilə bağlı xəbərdarlıq” yazılmış vərəqələr atılıb. Vərəqələrdə sakinlərə təcili şəkildə yaşadıqları ərazini tərk etmək tövsiyə olunur.

Öz növbəsində HƏMAS rəhbərliyi fələstinliləri öz evlərində qalmağa çağırıb.

/apa/


Müəllif: