28 İyun 2017 18:22
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Cəzirə rəhbərliyi telekanalın qapadılması tələblərinə cavab verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əl-Cəzirənin (Aljazeera) ingiliscə yayım rəhbəri Giles Trendle Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin başçılığı altında bir neçə ərəb ölkəsinin Qətər qarşısında telekanalın qapadılması ilə bağlı irəli sürdüyü tələbləri rədd edib.

Qətərin paytaxtı Dohada sualları cavablandıran Giles Trendle kanalın fəaliyyətini davam etdirəciyini deyib: "Əl-Cəzirə olaraq cəsur və çətin işimizə davam etməkdə qərarlıyıq. Dünya miqyasında obyektiv və dürüst xəbər yaymağa və yayım missiyamıza bağlıyıq.
Heç bir ölkənin başqa bir ölkədə telekanal bağlatmağa haqqı çatmır".

Özünün İŞİD, Həməs, Hizbullah, Müsəlman Qardaşları kimi təşkilatlara, ABŞ, İsrail kimi ölkələrə bağlı olmaqda suçlandığını vurğulayan Trendle: "Bütün bunlara dəstəkçi olmağım üçün sehirbaz olmalıyam" deyə şərh verib.


Müəllif: Mahir