24 İyul 2017 16:04
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-2015-ci illərdə Ukraynada 8 azərbaycanlı iş adamı oğurlanıb. Onlara görə pul tələb ediblər. Bəziləri pul qarşılığında azadlığa buraxılıb. Bəzilərinin taleyindən isə xəbər yoxdur. Onlar hələ də evlərinə dönməyiblər.

Teleqraf.com xəbər verir ki, bunu "Qordon" nəşrinə müsahibə verən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xuduyev deyib.

Səfirin sözlərinə görə, mMəsələ ilə bağlı Ukraynanın Baş prokuroru Yuri Lutsenko, onun müavini və Ukraynanın Daxili İşlər naziri Arsen Avakovla görüşlər keçirib: “Bütün görüşlərdə bizi əmin etdilər ki, araşdırmalar operativ və obyektiv şəkildə aparılacaq. Çox təəssüf ki, vaxt keçir, istintaqın gedişində isə irəliləyiş görmürük. İnanın ki, biz Bakıdan daxil olan suallara cavab verməkdə çətinlik çəkirik. Azərbaycan rəhbərliyi burada baş verənləri diqqətlə izləyir və narahatlığını bildirir. Axı burda yarım milyon azərbaycanlı yaşayır, 11 min azərbaycanlı tələbə təhsil alır. Ukrayna bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, ölkələrimiz arasında həll olunmamış məsələ qalmasın".


Müəllif: Samir