23 Sentyabr 2017 15:07
2 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arkanzas ştatındakı Marked Tri məktəbində incəsənətdən dərs deyən 25 yaşlı Cessi Loren Kolin 2016-cı ilin əvvəlindən tələbələri ilə intim münasibət qurduğu üçün mühakimə olunur.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 4 fərqli oğlanla münsibət qurduğu iddia edilən keçmiş müəllimənin tələbələrindən birinin yaşı 18-dən azdır.

Müəllimə məhz onunla münasibətlərə görə cinayət məsuliyyətinə cəlb olunub.

Ərli qadın olan Kolinin tələbələrdən birini evinə aparıb sonra məktəbə gətirdiyi, eyni gün başqa tələbəsi ilə də evində görüşdüyü iddia edilir.

Bundan başqa, o, bir tələbəsinə də gecə paltarında şəkillərini yollayıb. Onlardan biri müəlliməylə gizli eşqini fəxrlə dostlarına danışıb. Beləliklə, məsələnin üstü açılıb.


Müəllif: Cəmilə