13 Oktyabr 2017 15:03
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın San Fransiskodakı Baş konsulluğunun qarşısında bu ölkənin bayrağı hörmətlə endirilib və binanın daxilində saxlanılır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert məlumat verib.

O bildirib ki, Rusiya hökuməti lazım gəldikdə o bayrağı yerinə asa bilər:

“Bununla bağlı Moskvanı məlumatlandırmışıq”.

Qeyd edək ki, oktyabrın 11-də baş verən bu hadisə Rusiya tərəfindən kəskin etirazla qarşılanmışdı.


Müəllif: Samir