21 Oktyabr 2017 02:12
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Mixail Saakaşvilinin qurucusu olduğu “Vahid milli hərəkat” partiyasının sabiq üzvü Qiqi Tsereteli ATƏT Parlament Assambleyasının prezidenti olub.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü Otar Kaxidze bildirib.

“Bu Gürcüstanın təhlükəsizliyi və imici, eləcə də beynəlxalq aləmdə ölkəmizin qarşısında duran çağırışlar baxımından çox önəmli hadisədir”, deyə O.Kaxidze.


Müəllif: Teleqraf.com