25 Noyabr 2017 11:16
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Ariş şəhərində yerləşən Ravdah məscidinə hücum edən şəxslər öldürülüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “SkyNews Arabia” telekanalı məlumat yayıb.

Pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 30 silahlının məhv edildiyi bildirilir.

Qeyd edək ki, silahlıların məscidə hücumu zamanı 235 nəfər həlak olub, 130 nəfər yaralanıb.


Müəllif: Samir