12 Yanvar 2018 01:35
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Respublikaçılar Partiyası bu ay ölkə prezidentliyi postuna namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparacaq.

Musavat.com xəbər verir ki, bunu erməni mediasına Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov deyib. “Respublikaçılar Partiyası hələlik rəsmi müzakirələr aparmayıb, ola bilsin növbəti həftə müzakirələrə başladıq”-Şarmazanov əlavə edib. O bildirib ki, Ermənistan prezidenti partiyasız olmalıdır. Vitse-spiker deyib ki, Respublikaçılar Partiyası ciddi tərcümeyi-hala və avtoritetə malik olan namizədi irəli sürəcək.

Konstitusiya Məhkəməsinin rəhbəri Qagik Arutunyanının namizəd olub-olmayacağı barədə sualın cavabında E.Şarmazanov deyib ki, onun belə bir istəyi yoxdur. “Biz onun fikirlərinə və qərarlarına hörmətlə yanaşırıq”-partiya funksioneri əlavə edib.

Seçkilərə üç aydan da az müddət qaldığı bir ərəfədə Ermənistanda gərginlik artır. Bu arada Ermənistan Milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan nəyin bahasına olursa-olsun hakimiyyətinin ömrünü uzatmaq və baş nazir kürsüsünü ələ keçirmək istəyən Serj Sərkisyanın haqqında kəskin danışıb. “Sərkisyanın getmək vaxtıdır” deyən M.Sərksiyan bildirib ki, ölkə prezidenti əhalini sözlə yedirtməyə çalışır. “Serj Sərkisyanın erası bitib. Sərkisyan başa düşməlidir ki, məhz onun hərəkətləri 2016-cı ildə böhrana səbəb oldu”-mərkəz rəhbəri əlavə edib.


Müəllif: Teleqraf.com