19 Yanvar 2018 10:00
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT İranla bağlanılmış nüvə sazişinin qorunub saxlanılmasına tərəfdardır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quttereş deyib.

O bildirib ki, müqavilə bölgədə və dünyada sabitliyin saxlanmasına yardım edir.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişinə yenidən baxacağı ilə bağlı məlumatlar yayılmışdı. Daha sonra isə o, açıqlama verərək sazişin davam edəcəyini bildirmişdi.


Müəllif: Samir