16 Fevral 2018 19:27
1 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Dəniz Araşdırmalar Mərkəzi (TÜDAV) Aralıq dәnizi sahillərində aşkar edilən zəhərli meduzalarla bağlı xəbərdarlıq xarakterli məlumatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, TÜDAV-ın araşdırmasına görə, son illər iqlim dəyişikliyi bioloji müxtəlifliyə təsir göstərib:

"Tropik zona üçün xarakterik növlər Süveyş kanalı ilə Qırmızı dənizdən Aralıq dənizinə yol açıb. Onların arasında insan həyatı üçün təhlükəli dəniz canlıları da var. Aralıq dənizində 13 zəhərli meduzanın olduğu təsdiqlənib. Son illər çimərliklərə gedən insanlar arasında meduzalardan zəhərlənmələrin sayı artıb".

TÜDAV hesab edir ki, meduzaların və digər dəniz ilbizlərinin vətəndaşlar tərəfindən tanınması onları gözlənilən təhlükədən qoruya bilər.

Mərkəz vətəndaşlara müraciət edərək dəniz meduzalarına rast gəldikləri halda onların şəkillərini çəkərək quruma göndərmələrini xahiş edib. Eyni zamanda vətəndaşlardan meduzalarla bağlı TÜDAV-dan məsləhətlər almaları rica edilir.


Müəllif: Ayxan