19 May 2018 13:57
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyanın şimali-qərb bölgəsinə edilən bütün yardımları dayandırır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın CBS telekanalı amerikalı səlahiyyətlilərə istinad edərək bildirib.

Xəbərə görə, yardımların kəsilməsi qərarı dövlət orqanlarının son bir neçə həftə ərzində apardığı araşdırmalardan sonunda qəbul edilib.

Beləliklə, ABŞ-ın Suriyada əlaqəsini kəsəcəyi ilk bölgə müxalif qüvvələrin üstünlük təşkil etdiyi şimal-qərb bölgəsi olacaq. Bunun ABŞ-ın Suriyadan çəkilməsinin ilk addımı olacağı iddia edilir.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Dövlət Departamentinə təlimat verərək YGP/PKK terror təşkilatının nəzarətində olan Suriyanın şimali-şərqinə planlaşdırılan 200 milyon dollarlıq yardımı dayandırmışdı.


Müəllif: Teleqraf.com