22 May 2018 12:50
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan qazın və elektrik cərəyanının qiymətlərini aşağı salmaq üçün Almaniyadan borc almağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzetində yer alıb.

Qəzet yazır ki, mövcud sahələrdə vəziyyəti normallaşdırmaq üçün Paşinyana Almaniyadan borc almağın daha ideal çıxış yolu olduğunu təklif ediblər, o da bunu məqbul sayıb:

“Nikol Paşinyan əhaliyə satılan təbii qaz və elektrik enerjisinin qiymətlərini aşağı salmaq üçün addımlar atmağa başlayıb. Aidiyyəti qurumların rəhbərləri ona təklif ediblər ki, buna görə Almaniyanın “KfW” bankından kredit almaq ən yaxşı çıxış yoludur. Baş nazir bu təklifi qəbul edib.

Amma bunun vəziyyətdən çıxış yolu olduğu barədə gəlinən qənaət o qədər də ürəkaçan deyil”.

“Hraparak” qeyd edir ki, Ermənistanın xarici dövlət borcunun kifayət qədər yüksək olduğu bir vaxtda Nikol Paşinyanın atacağı bu addımın böhranlı vəziyyəti gərginləşdirə bilər.

Lakin qəzet valyuta ehtiyatları məhdud olan hökumətin alternativlərinin olmadığına da diqqət çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu