24 May 2018 18:49
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp 12 iyunda Şimali Koreya lideri Kim Çen İnlə planlaşdırılan görüşü ləğv edib.

Teleqraf.com xəbər verir ki, Tramp bu qərarı son dövrlər Kimin açıqlamalarına görə verdiyini deyib.

“Kimin son dövrlər verdiyi düşməncəsinə və hirsli açıqlamaları bu qərarı verməyimə səbəb oldu. Lakin bir gün onunla görüşməyi çox istəyərəm”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, görüşün Sinqapurda keçiriləcəyi planlaşdırılırdı.


Müəllif: Teleqraf.com