24 May 2018 21:55
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Gömrük və Sərhədlərin Mühafizəsi İdarəsi Türkmənistandan pambıq idxalına qadağa qoyub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qurumun yaydığı bəyanatda Türkmənistan pambığının, yaxud bu pambıq məhsullarının ABŞ-a gətirilməsinin qadağan edildiyi bildirilir.

Embarqo Türkmənistanda pambıqçıların ağır şərtlər altında işləmələri və biyarın hələ də ləğv edilməməsi ilə izah edilib.

Qeyd edək ki, Orta Asiya ölkələrində və Türkmənistanda biyarın ləğv edilməsi ilə bağlı kampaniya başlayıb.

Özbəkistanda gedən hərəkata başçılıq edən həmkarlar ittifaqının lideri Fəxrəddin Tillayev 10 həbs cəzasına məhkum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu