19 Avqust 2014 16:17
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökuməti Qahirədə keçirilən danışıqlardan sonra Qəzzadakı atəşkəs müddətinin 24 saat uzadıldığını elan edib.

Atəşkəs çərşənbə axşamı gecə saat 12-dək qüvvədə qalacaq.

Nəzərdə tutulur ki, fasilədən daha uzun müddətli razılaşmaya nail olmaq üçün istifadə ediləcək.

Ötən çərşənbə günü elan edilmiş atəşkəs bazar ertəsi sona çatıb.

Fələstin rəsmiləri indiyədək danışıqlarda “irəliləyişin olmadığını” deyiblər.

Üçüncü tərəf vasitəsilə aparılan danışıqlar bazar günü bərqərar olunub.

Qəzzaya qurudan və havadan zərbələr endirən İsrail Həmasın raket hücumlarına “qərarlı cavab” verəcəyini bildirir.

Rəsmilərin məlumatına əsasən iyulun 8-dən bəri davam edən zorakılıqda 2,016 fələstinli və 66 israilli həlak olub.

BBC


Müəllif: