19 Avqust 2014 19:45

Qəzzada atəşkəs yenidən pozulub. Teleqraf.com xəbər verir ki, avqustun 13-dən davam edən atəşkəs HƏMAS-ın İsrailə raket zərbələri endirməsi ilə pozulub. Qəzza zolağından atılan raket atəşlərinə cavab olaraq İsrailin hərbi təyyarələri əraziyə hava zərbələri endirməyə başlayıblar. Ölənlər və yaralananlar yoxdur.

Qeyd edək ki, ötən gecə Misirin vasitəçiliyi ilə atəşkəs daha bir günlük uzadılmış və 8 maddəlik atəşkəs formulu tərəflərin müzakirəsinə verilmişdi. Baş nazir Benyamin Netanyahu atəşkəs pozulandan sonra Misirdəki nümayəndələrini geri çağırıb.

Ayxan


Müəllif:
Загрузка...