29 Aprel 2014 01:35

Yəmənin paytaxtı Sanada uğursuz qaçırılma cəhdi zamanı Almaniyadan olan diplomat yaralanıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Almaniya XİN məlumat yayıb.

Bundan öncə ərəb KİV-lər silahlı şəxslərin içərisində 2 alman diplomatın olduğu avtomobilə hcum etdiyi barədə xəbər yaymışdı. İnsident xarici səfirliklərin yerləşdiyi Xəddə məhəlləsində baş verib. Alman diplomatlar hücum edənlərdən urtula bilib.

Almanya XİN hadisənin araşdırılması üçün Yəmən hökuməti ilə danışılar aparıb.

Fidan


Müəllif: