30 Aprel 2014 16:27

Rusiyameyilli separatçılar Ukraynanın şərqində region mərkəzi Luqanskda əsas inzibati binaları ələ keçirib.

Teleqraf.com xəbər verir ki, onlar Daxili İşlər Nazirliyinin binasını mühasirəyə alıb, regional administrasiyanın və prokurorluğun binalarına nəzarət edir.

Əllərində dəyənək və Rusiya bayraqları olan separatçılar, həmçinin yerli teleradio şirkətini də ələ keçirməyə cəhd edib.

Baxmayaraq ki, danışıqlardan öncə onlar canlı efirdə bəyanat verməklə məhdudlaşmağı planlaşdırılırdısa, danışıqlardan sonra separatçılar binanı zəbt etmək istəyiblər.

Separatçıların liderlərindən biri Vyaçislav Petrov canlı yayımda efirə çıxaraq, xalqa müraciət edib: “Təşvişə düşməyin. Hər şey yaxşı olacaq. Biz mayın 11-də keçiriləcək referenduma hazırlaşırıq. Hər kəs özü düşünüb, qərar verməlidir".

Kütlə, eyni zamanda Ukrayna DİN Luqansk şöbəsinin binasını ələ keçirməyə cəhd edir. Basqın zamanı tüstü bombalardan istifadə olunub.

Separatçılar polislərin silahsızlaşaraq, binanı tərk etməyi tələb edib. Lakin, verilən məlumata görə, polislər tələblərə razılıq verməyiblər.

Basqının təsirsiz olduğunu görən separatçılar, binaya danışıqlar aparmaq üçün bir qrup fəal göndərib.
Yerli DİN binasının qarşısında minə yaxın rusiyameylli etirazçının olduğu bildirilir. Onların münayəndəsi özünü "milli polis rəhbəri" elan edib.

Luqanskda regional inzibati binanın tutulması gündüz saat üçə qədər davam edib. Müxtəlif məlumatlara görə, Luqansk regional inzibati binasının qarşısına iki mindən üç minə qədər insan toplaşıb.
Yerli əhali Rusiya bayraqları geyinərək, Georgiyev lentləri ilə dayanıb.

Əllərində armatur tutan iyirmi gəncdən ibarət qrup, birinci mərtəbədə pəncərələri sındıraraq binaya soxulub.

Separatçılar Ukrayna bayraqlarını çıxararaq, yerinə Rusiyanın bayrağını asıb.
Polis binanın tutulmasına mane olmayıb. DİN əməkdaşları binani tərk etməyə məcbur olub.
Aksiyaçılar "Rusiya", "Referendum" kimi şüarlar səsləndirib.

Basqın iştirakçılarının bəziləri müasir silahla təchiz olunduğu bildirilir. Separatçılar regional prokurorluğun binasından Ukrayna bayrağını götürərək, yandırıblar.

Regional binanın tutulması ilə bağlı cinayət işi açılıb.


Müəllif: