12 Fevral 2015 23:13

ABŞ Ukraynanın cənub-şərqində atəşkəsə dair əldə olunan razılaşmanı alqışlayıb. Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi açıqlamasında bildirib.

“Razılaşma münaqişənin sülh yolu ilə nizamlanması və Ukraynanın suverenliyinin bərpa olunması istiqamətində olduqca əhəmiyyətli addımdır”, deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, “Normand dördlüyü”nün Minskdə keçirilən danışıqları zamanı Donbasda fevralın 15-dən etibarən atəşkəs rejiminin tətbiq ediləcəyi barədə razılaşma əldə olunub.


Müəllif: