1 Mart 2015 15:18
380

Estoniyada parlament seçkiləri keçirilir.

Teleqraf.com-un məlumatına görə, yerli vaxtla saat 9.00-da başlayan səsvermə saat 20.00-da başa çatacaq. Seçici aktivliyi ilə bağlı gün ərzində bir neçə dəfə məlumat veriləcək.

İlkin nəticələr axşam saatlarında açıqlanacaq.

Seçkilər 12 çoxmandatlı dairə üzrə 547 seçki məntəqəsində keçiriləcək. Seçki prosesini 15 ölkədən 100-dən çox müşahidəçi izləyəcək.

Estoniya parlamentində 101 yerə 872 nəfər iddialıdır. Seçkilərdə 10 partiya və 11 müstəqil namizəd iştirak edir. Partiyalar parlamentə düşmək üçün 5 faizlik baryeri keçməlidir.

Estoniyada 1,3 milyon nəfər yaşayır, onlardan 84 faizi bu ölkənin vətəndaşıdır.

Tacikistanda da parlament seçkiləri keçirilir.

Vətəndaşlar 5 il müddətinə parlamentin aşağı palatasının deputatlarını seçməlidirlər. Yerli vaxtla saat 06.00-da başlayan səsvermə saat 18.00-da başa çatacaq.

Tacikistan MSK-nın məlumatına görə, Tacikistanda 3209, ölkədən kənarda isə 35 məntəqə yaradılıb, ümumilikdə, 4,4 milyon seçki bülleteni çap olunub.

Ölkədə fəaliyyət göstərən 8 partiyanın hamısından nümayəndələr mandat uğrunda mübarizə aparır.


Müəllif: