10 Mart 2015 20:28
476

İŞİD Türkiyəyə sığınmaq istəyən və qaçaqmalçılıq yolu ilə bu ölkəyə geçməyə cəhd edən Suriya vətəndaşlarını hədələyir. Teleqraf.com-un məlumatına görə, Suriya vətəndaşları yaraqlıların Türkiyə ilə sərhədə ciddi nəzarət etdiklərini deyib.

Sakinlər bildirirlər ki, İŞİD üzvləri Türkiyəyə keçmək istəyən qaçaqmalçıların üzərinə öhdəlik qoyur. "Geri dönərkən özünüzlə yaraqlılar gətirin" tələbi qarşısında aciz qalan qaçaqmalçılar bildirirlər ki, onlar gizli yolları bildikləri üçün bir çox hallarda tələbləri yerinə yetirirlər.

"Ötən dəfə iki çihadçının Suriyaya keçməsinə yardımçı olduq. Bizi buna İŞİD komandanlığı məcbur edir. Əks təqdirdə işimizdən olarıq", deyə adının açıqlanmasını istəməyən Suriya sakini bildirib.

Ayxan


Müəllif: