3 İyul 2015 00:18
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası Vasili Qritsakın Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sədri təyin edilməsi haqqında Ukrayna Prezidenti Pyotr Poroşenkonun təqdimatını iyulun 2-də bəyənib.

Onun namizədliyi konstitusiya çoxluğu ilə dəstəklənib.

1967-ci il təvəllüdlü general-polkovnik Vasili Qritsak bu təyinata qədər UTX başçısının birinci müavini vəzifəsində çalışıb. O, eyni zamanda UTX yanında Antiterror Mərkəzinin rəhbəri vəzifəsini də tutub. Ancaq xüsusi xidmət başçısının səlahiyyətlərini müvəqqəti icraçı edən təyin olunduqdan sonra bu vəzifədən azad edilib.

V.Qritsak 1990-cı ildən Ukraynanın dövlət təhlükəsizliyi orqanlarında çalışır.


Müəllif: