16 İyul 2015 10:54
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlamentinin qəbul etdiyi yeni iqtisadi islahatlar paketi Afinada iğtişaşlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, gecə saatlarında başlanan etirazlar Afinanı döyüş meydanına çevirib. Nümayişçilərlə polis arasında toqquşmalar yaşanıb. Nəticədə onlarla polis və etirazçı xəsarət alıb. 150 nəfərlik qrupun təhlükəsizlik qüvvələrinə «Molotov kokteyli” ilə hücum etdiyi açıqlanıb. Polis 40 nümayişçini həbs edib. Bəzi etirazçıların meydana azyaşlı uşaqları ilə çıxdığı qeyd edilib. Yunanıstan polisi qəzəbli kütləyə qarşı gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə edib.

Digər tərəfdən hökumət işçiləri və həkimlər 24 saatlıq tətilə başlayıb. Onlar Baş nazir Aleksis Tsiprasın xalqa xəyanət etdiyini bildiriblər: "Baş nazir bizə xəyanət etdi. Biz ona çox inanırdıq. Bizim ümidlərimizi qırdı".

Tətilçilər hazırda 200 mindən çox gəncin ölkəni tərk etdiyini və Yunanıstanın gələcəyinin sual altında qaldığını qeyd ediblər.

Samir


Müəllif: