4 İyun 2014 16:04

Rusiyanın bank sektorunda qalmaqal artmaqdadır. Belə ki, may ayında lisenziyası ləğv olunan “Moskva işıqları” (“Oqni Moskvı”) bankının bəzi müştəriləri, sığorta ödənişlərini ala bilmirlər.

Teleqraf.com-un yaydığı xəbərə görə, məlum olub ki, bəzi müştərilərin adı tamamilə verilənlər bazasından silinib.

Rusiyanın Mərkəzi bankı “Moskva işıqları”nın lisenziyasını, “bank fəaliyyəti haqqında” qanunu pozduğu üçün ləğv edib.

Müştərilərin banka yatırdığı vəsait 12 milyard rublu keçib. Bu bank, Rusiya bank bazarında 119-cu yerdə olub.

Lisenziya ləğv edildikdən sonra, müştərilərə sığorta ödənişləri mayın 30-dan etibarən verilməyə başlayıb.

Lakin, bəzi müştərilər nəinki sığorta ödənişləri ala bilmir, onların adı belə bankın arxiv bazasından silinib. Hazırda bu işlə Depozitlərin Sığortalanması agentliyi məşğul olur.

Agentlikdən verilən məlumata görə, hər bir müştərinin ilkin depozit yatırması haqqında sənədləri var. Lakin, “bazadan adları itən” müştərilərin dəqiq sayı hələ də məlum deyil.

Ülviyyə


Müəllif: