19 May 2016 11:46
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Əhməd Davudoğlunun "Youtube"da videosu yayılıb. Video görüntü baş nazir Əhməd Davudoğlunun 2016-cı ilin 28 fevralında Bingöl səfəri zamanı kimsəsiz uşaq evini ziyarət edərkən çəkilib. Kimsəsiz uşaqlarla zarafatlaşan və fotolar çəkdirən baş nazir hətta onlardan biri ilə şahmat oynayıb. Onları izləyənlər isə bu maraqlı oyuna baxaraq xeyli gülüb.

Oyunda baş naziri məğlub edən Erkan sonda Əhməd Davudoğlunu qucaqlayıb. Daha maraqlısı isə Erkanın Əhməd Davudoğluna baş nazir deyil, hocam deyə müraciət etməsi olub. Oyun zamanı Erkanın “ Vay hocaya bax sən” sözləri də diqqətdən qaçmayıb.

Məlumat üçün qeyd edək ki, Əhməd Davudoğlu bir neçə gündən sonra baş nazir postunu tərk edəcək.


Müəllif: