12 May 2017 12:23
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Abdullayev son çıxışı ilə böyük səs-küyə səbəb olub.

Dünya şöhrətli yazıçı ölkəmizdə insanlar arasında kitab oxumaq vərdişinin yaranmadığından gileylənir.

Ç.Abdullayev söyləyir ki, əvvəllər kitab mağazalarının qarşısında növbə olurdu: "İnsanlar kitab ala bilmək üçün gecədən gedib mağazanın qarşısında gözləyirdi. Amma sonradan "kalqotka" mağazaları və bərbərxanalar açdıq. Mənim başımdan görürsünüz ki, bərbərxanalardan az istifadə edirəm. "Kalqotka" da geyinmirəm. Mən qadınları sevirəm, kişiləri sevmirəm".

Yazıçı qeyd edir ki, biz xalqa elan elədik ki, axmaq qalın: "Heç vaxt kitab oxumayın. Bidə kimin biraz pulu olan kimi gedib şadlıq evi açır". (Baku.Ws)


Müəllif: