13 İyun 2017 08:44
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhhətimdə olan problemlər heç düzəlmir. İndi də “Avrasiya” klinikasına gəlmişəm. Həkimlər deyirlər ki, hər şey yaxşı olacaq. Mən də onların dediklərinin hamısını edirəm.

Bunu Teleqraf.com-a şair Rüstəm Behrudi səhhətində yaranan problemlər haqqında danışarkən deyib.

Şair xeyli vaxtdır səhhətindəki problemlərdən əziyyət çəkdiyini bildirib: “Əvvəl təzyiqim var idi. İndi təkcə təzyiq deyil, hər şey bir-birinə qarışıb. Deyirlər ki, müalicədən sonra hər şey qaydasında olacaq”.

Rüstəm Behrudi qeyd edib ki, hətta bir müddət xaricdə də müalicə alıb, əməliyyat olunub: “Almaniyada boynumdan əməliyyat olundum. Bir dəfə də Türkiyədə əməliyyat olunmuşam. Demək olar ki, yazmağa imkan yoxdur, ancaq həkimlərdəyəm. Amma imkan düşdükcə yazıram. Lakin hələlik bir şey edə bilmirəm. Ağrılarım mənə imkan vermir”.


Müəllif: Cavad