4 İyul 2014 10:12

Ukraynanın televiziya və radio şirkətləri öz kontentlərinin Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə yayımlanmasında maraqlıdır.

Teleqraf.com bildirir ki, bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Ukraynanın televiziya və radio şirkətləri ilə Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC arasında əməkdaşlıq haqqında danışıqlar 17-19 iyunda Kiyevdə keçirilmiş 20-ci Beynəlxalq televiziya və radio yarmarkası çərçivəsində aparılıb.

ASC-nin əməkdaşları göstərdikləri xidmətlərin təqdimatını keçiriblər. Kiyev teleportu "Azərkosmos" ASC və Ukraynanın "Ukrkosmos" dövlət müəssisəsi arasında əldə olunmuş razılığa əsasən "Azerspace" peyki vasitəsilə bir sıra Ukrayna kanallarını yayımlayır. Görüş zamanı Kiyev teleportu vasitəsilə Ukraynanın digər televiziya və radio şirkətlərinin də "Azerspace-1" peykinin resurslarına çıxış imkanları qeyd olunub.

Qeyd edək ki, 2014-cü ilin mart ayında "Azərkosmos"ASC və "Ukrkosmos" dövlət müəssisəsi arasında bir sıra Ukrayna telekanallarının "Azerspace-1" peyki ilə yayımı haqqında tərəfdaşlıq sazişi imzalanıb.

Hazırda "Azerspace-1" peyki vasitəsilə Ukraynanın 5 telekanalı yayımlanır.


Müəllif: