9 May 08:49
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri bir gündə Ukrayna Silahlı Qüvvələrinin (AFU) 46 pilotsuz təyyarəsini məhv edib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Dnepr” hərbçi qrupunun mətbuat mərkəzinin rəhbəri Roman Kodryan məlumat verib.

Gecə saatlarında Ukraynaya məxsus pilotsuz təyyarələr Krasnodar diyarının Yurovka kəndindəki neft bazasına hücum edib. Bir neçə pilotsuz təyyarə neft bazasının ərazisinə düşüb. Nəticədə yanğın başlayıb. Son məlumatlara görə, itki yoxdur.


Müəllif: Pərvin Cəfərova