11 İyul 2014 10:27

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə,ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 2-də başlanıb və bu proses iyulun 10-da saat 23:59-da başa çatıb.

Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin yaxın iki gün ərzində elan olunması nəzərdə tutulur.

/ans press/


Müəllif: