18 İyul 2014 16:44
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 2 yaşlı oğlanın əli ət maşınının içində qalıb.

Alınan məlumata görə, bu gün saat 14:03-də 112 Xidmətindən Nəsimi rayonu, Mircəlal küçəsi 38/35 ünvanında uşağın əlinin ət maşınında sıxılıb qalması və köməyə ehtiyacı olması barədə Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Dərhal mobil mütəxəssis-xilasedicilər və Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerində məlum olub ki, 2012-ci il təvəllüdlü Əliyev Elvin Emin oğlunun sol əlinin barmaqları ət maşınında sıxılaraq qalıb. Xilasedicilər hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının nəzarəti altında ət maşınının hissələrini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alətlər (kəsici laqunda aləti) vasitəsilə kəsərək hissələrə ayırıb. Sıxılmış vəziyyətdə olan uşağın sol əlinin barmaqlarını ət maşınından çıxararaq onu hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

/Lent.az/


Müəllif: