26 İyun 2017 18:58
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Əsəd ordusunun mühasirədə saxladığı bölgələrdə Ramazan bayramı qeyd olunub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Dəməşqin Duma qəsəbəsindəki xarabalıqlarda bir neçə gün ərzində luna-parklar salınıb, atraksionlar qurulub.

Dəməşqin Şərqindəki Duma 5 ilə yaxındır Əsəd rejiminə bağlı hərbi birliklərin və ona müxalif olan silahlıların hücumlarından əziyyət çəkir.

Luna-parkın qurucusu Şadi Ahmet bildirib ki, uşaqlara müharibənin psixoloji zərbələrini unutdurmaq üçün şənlik təşkil etmək istəyib: "Sakit, səliqəli yer tapmaq mümkün deyil. Hər yer xarabalıqdır. Amma neyləmək olar? Uşaqlar əylənməlidirlər".

Ətrafda dəhşətli mənzərənin olmasına rəğmən uşaqalar luna-parkda onlar üçün yaradılan şəraitdən zövq alıblar.


Müəllif: Ruslan