26 İyul 2017 13:30
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Azərbaycana gəlib.

Teleqraf.com "Delovoy Kazaxıstan" nəşrinə istinadla xəbər verir ki, "Sarıarka" və "Qazaxıstan" raket-artilleriya gəmiləri Puta limanına yan alıb.

Onlar ArMİ-2017 çərçivəsində Azərbaycanda keçiriləcək "Dəniz kuboku-2017" yarışında iştirak edəcək.

Yarış 1-11 avqustda baş tutacaq.


Müəllif: Samir