22 İyul 2014 11:49
720

Türkiyənin Batman vilayətindəki Sason şəhərinin bələdiyyə sədri Yılmaz Arslan dünən yerli ermənilərin verdikləri iftara qatılıb. İftarda bələdiyyə sədri ilə yanaşı, şəhər bələdiyyəsinin idarə rəhbərləri və digər məmurlar da vardı.


Alınan məlumata görə, Y.Arslan ermənilərin iftar süfrəsi açmalarından çox razı qalıb.

Bələdiyyənin Twitter-dəki profilində Y.Arslan yazıb: "Erməni vətəndaşlarımızın verdikləri iftar yeməyinə qatıldıq. Birliyimiz daimi olsun!"

/milli.az/


Müəllif: