23 İyul 2014 16:34

Facebook” Ağdamın işğal günü ermənilərə böyük zərbə vurub.


Məlumata görə,“Facebook” şəbəkəsində ermənilərə məxsus ən böyük qruplardan olan “Nakhichevan belongs to Armenia” sosial şəbəkə rəhbərliyi tərəfindən bağlanıb.

Buna səbəb isə “AzərTAc”-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevin şikayəti olub.


Bu barədə sosial şəbəkədə məlumat yayan R. Kəngərli bildirib ki, həmin səhifə indiyə qədər azərbaycanlılar tərəfindən bir neçə dəfə şikayət olunub. Lakin “Facebook” rəhbərliyi hər dəfə şikayətlərə baxdığını bildirib.
R. Əliyevin şikayətindən sonra isə sosial şəbəkə adıçəkilən səhifəni ləğv edib.


“Nakhichevan belongs to Armenia” haqqında şikayətinə dair qərarımızı dəyişdirdik. Şikayət etdiyiniz səhifəni incələdik və stadartlarımızı tapdaladığı üçün ləğv etdik. Şikayətiniz üçün təşəkkürlər”, - deyə R. Əliyevin şikayətinə “Facebook” belə cavab verib.


Qeyd edək ki, ermənilər bu səhifədə Naxçıvanın Ermənistan torpağı olduğunu iddia edir, bununla bağlı çoxsaylı videolar, açıqlamalar paylaşır, saxtalaşdırılmış tarixi faktları yayırdılar.

/publika.az/


Müəllif: