4 Avqust 2014 10:16
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com-a nazirliyin mtəvuat xidmətindən daxil olan məlumata görə, 3 avqust 2014-cü il tarixində Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə ildırım nəticəsində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində saat 19 radələrində söndürülüb. Yanğın nəticəsində Qoruğun 0,07 hektar ərazisinə ziyan dəyib.

Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, 3 avqust 2014-cü il tarixində saat 15 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında da yanğın hadisəsi baş verib. Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.


Müəllif: